Azərbaycanda 105 yaşlı kişi koronavirusdan sağaldı


Azərbaycanda 105 yaşlı şəxs COVID-19-dan sağalıb.



Bu şəxs 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur. O, Bakı şəhərində yaşayır.

H.İbrahimov həm də İkinci Dünya Müharibəsinin veteranıdır. O, II Qarabağ müharibəsi zamanı orduya dəstək məqsədilə 2 aylıq pensiyasını (yeddi yüz manat) Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.(Modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu