Qənirə Paşayeva şəhid Tural Hümmətovun bacısı ilə görüşüb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Lənkəran şəhər Mədəniyyət Mərkəzində kurs rəhbəri olmuş Tural Rövşən oğlu Hümmətovun bacısı Gülüş Allahverdiyeva ilə görüşüb.



AFN xəbər verir ki, millət vəkili şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
“Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin ailə üzvüsüz. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox şəhid ailələrinin üzvləri haqq edir. Biz Sizə minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Tural Hümmətov Vətən Müharibəsində iştirak edərkən Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib.
Şəhidimiz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Tural kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm!"
Şəhid mədəniyyət işçisinin anası Cəmilə xanım Hümmətovaya Mədəniyyət Komitəsi adından ünvanlanmış məktub şəhidin bacısı G.Allahverdiyevaya təqdim edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu