COVİD-dən sağalan xəstələr hansı problemlə üzləşirlər?


İngiltərədə nəşr olunan “Lancet Psychiatry” tibb jurnalının araşdırmasına görə, Covid-19 xəstələri tənəffüs yolu xəstəlikləri olanlardan daha çox nevroloji və psixoloji problemlərlə qarşılaşırlar.


AFN xəbər verir ki, araşdırmanın Oxford Universitetindən müəllifləri olan Max Taquet, "Nəticələrimiz beyin və ya psixiatrik xəstəliklərin Covid-19-dan sonra qrip və ya tənəffüs yolu xəstəliklərindən daha çox rast gəlindiyini ortaya qoydu"deyib. Ancaq bunun səbəbi araşdırmada müəyyən edilə bilməyib. Əksəriyyəti ABŞ-da olan 236 min 379 koronavirus xəstəsinin məlumatları araşdırılıb. Xəstəlikdən xilas olduqdan sonra altı ay ərzində bu xəstələrin 34 faizində narahatlıq və ya ani əhval dəyişikliyi aşkar edilib. Təhlil edilən bütün xəstələrdə ən çox görülən problemlər – 17 faiz narahatlıq və 14 faiz əhvalın dəyişməsidir. Bundan başqa, xəstələrin 5 fazində yuxu pozğunluğu, 2,1 faizində tromboz nəticəsində infarkt, 0,6 faizində beyin qanaması təsbit edilib.

Səhiyyə işçiləri koronavirusdan sağalan xəstələrdə nevroloji və psixoloji problemlərin daha çox görülməsindən narahatdırlar. Keçən il eyni tədqiqatçıların apardığı bir araşdırmada, Covid-19 xəstələrinin 20 faizi xəstəlikdən sağaldıqdan sonra 3 ay ərzində psixoloji problem yaşayırdı. Oxford Universitetinin psixologiya professoru Paul Harrison deyib ki, "Bu problemlərin ayrı-ayrılıqda yaratdığı risk kiçik olsa da, cəmiyyətə təsiri böyükdür".

Araşdırmaya qatılan elm adamları problemlərin səbəblərini müəyyənləşdirmək üçün bu mövzuda daha çox araşdırma aparmaq lazım olduğuna diqqət çəkiblər. Keçmişdə nevroloji xəstəliklər ilə infeksiyalar arasında əlaqə quran araşdırmaların aparıldığı bildirilir. Bununla yanaşı bəzi bölgələrdə karantin və məhdudiyyətlər nəticəsində yaranan təcrid səbəbiylə psixoloji pozğunluqların artdığı da bildirilir. 2020-ci ilin məlumatlarına görə, Bavariyada həyəcan və depressiya səbəbindən işə getməyənlərin sayında artım olub.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu