Aprel ayının pensiyaları tam ödənilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.



Nazirlikdən AFN-ə bildirilib ki, aprelin 8-dən başlayaraq əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, aprelin 15-də isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.

Qeyd olunub ki, vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu