Mübariz Mənsimov sərbəst buraxılır - Prokurorluq tələb etdi


FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov məhkəmə nəzarəti altında sərbəst buraxıla bilər.



"Habertürk" xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu Mənsimovun məhkəmə nəzarəti altında sərbəst buraxılmasını istəyib.

“Məhkəmənin gəldiyi mərhələ göz önünə alınaraq, müttəhimin cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın müddəti, şübhəli şəxsin həbsdə keçirdiyi vaxt, həbs-qətimkan tədbiri olduğu üçün bu mərhələdə məhkəmə nəzarətinin mümkünlüyü nəzərə alınaraq, müttəhim başqa cinayətə görə mühakimə olunmursa və ya həbs olunmursa, azadlığa çıxa bilər. Cəza ancaq yaşayış yerini və ölkəni tərk etməməklə azadlıqla əvəz oluna bilər”, - prokurorluğun tələbində deyilir.

Qeyd edək ki, M.Mənsimovun məhkəmə prosesi martın 5-də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu