Quba polisi gücləndirilmiş iş rejiminə keçdi - FOTO


Qubaya qarın yağması ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.



Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan AFN-ə verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Belə ki, rayon ərazisində nəqliyyatın hərəkəti inspektorlar tərəfindən tənzimlənir, sürücülərlə profilaktiki söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumatlar verilir. Bundan əlavə şöbə əməkdaşları tərəfindən qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət olunur.

Həmçinin Quba RPŞ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları da rayon ərazisində xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu