Kəmaləddin Heydərovun ailə biznesinə yaxın şirkətlər ləğv edilir


Yanvarın 18-də Bakıda 6 şirkətin könüllü ləğv edildiyi elan edilib. Onlar bu və ya digər şəkildə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə biznesi ilə əlaqəlidir.



Məlumata görə, kreditorlar “Auto EUİ Azerbaijan” MMC, “Azqazservis” MMC, “Prof Trade Service” MMC, “Auto Gas Service” MMC, “Quintessentally Baku” MMC və “CSRQ” MMC-nin ləğvi ilə bağlı məlumatlandırılıb.

Onlara qarşı bütün maliyyə iradları iki ay ərzində təqdim edilməlidir. Bütün bu şirkətlər K.Heydərovun oğulları Tale və Nicat Heydərovların idarə etdiyi şirkətlər konqlomeratı olan “Gilan Holding” qrupu ilə bağlı olan ünvanda qeydiyyatdan keçib.

Turan.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu