Bakıda iki dostdan azyaşlı qıza qarşı İYRƏNC CİNAYƏT - MƏHKƏMƏ İŞİ


Paytaxtda azyaşlıya qarşı seksual xaraktereli zorakılıq hərəkətləri törətməkdə təqsirli bilinən Vidadi Əsədov və Məhyəddin Fətullayev cəzasının azaldılması üçün Ali Məhkəməyə kassasiya şikayəti veriblər.


"Ölkə.Az" xəbər verir ki, təqsirləndirilən şəxslərin müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Şahin Yusifovun sədrliyi ilə keçiriləcək.

İttihama görə təqsirləndirilən Vidadi Əsədov dostu Məhyəddin Fətullayev ilə birlikdə L. M-ya (ad və soyad şərti verilib - red.) təcavüz ediblər.

İki dost azyaşlı qızı aldadaraq kimsəsiz bir əraziyə gətiriblər. Orada həmin şəxslər qıza qarşı zorakılıq hərəkətləri edərək onunla zorla cinsi əlaqədə olublar.

İstintaq orqanı tərəfindən Vidadi Əsədov və Məhyəddin Fətullayevin barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti etsələr də, 1-ci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu