Mikayıl Cabbarov: "Milli Prioritetlər yeni inkişaf istiqamətlərini müəyyən edir"


Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər - yeni inkişaf istiqamətlərini müəyyən edir.



AFN xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" hesabında qeyd edib.

İqtisadiyyat naziri bildirib ki, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən strateji dövrdə iqtisadi artım dövlətimizin qüdrətinin daha da artırılmasına möhkəm zəmin yaradacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiqlənib. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu