Ceyhun Bayramovun Türkiyəyə səfəri başlayıb


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri başlayıb.



AFN xəbər verir ki, nazir səfər çərçivəsində Ankarada Türk Şurasının baş katibi Bağdad Əmrəyevlə görüşüb.

Tərəflər görüş zamanı Türk Şurasının mövcud fəaliyyət proqramındakı müxtəlif mövzularla yanaşı beynəlxalq və regional gündəmdəki məsələlər haqqında da fikir mübadiləsi aparıblar.

C.Bayramov və B.Əmrəyev martın sonunda Türkistanda təşkil edilməsi planlaşdırılan Türk Şurasının qeyri-rəsmi zirvə toplantısı və bu ilin payızında İstanbulda təşkil edilməsi planlaşdırılan Fövqəladə Zirvə də daxil olmaqla yaxınlaşan önəmli tədbirlərin hazırlıqlarını müzakirə ediblər.

C.Bayramov və B.Əmrəyev Türk Şurasına üzv olan dövlətlər arasında gələcək əməkdaşlıq strategiyasına da toxunublar.

Qeyd edək ki, bu gün Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü olacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu