Daha bir Vətən müharibəsi iştirakçısı intihar etdi - FOTO


Azərbaycanda daha bir Vətən müharibəsi iştirakçısı canına qəsd edib.

Unikal.org xəbər verir ki, hadisə Yardımlı rayonunda baş verib. Belə ki, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Qəliyev Fərid Tofiq oğlu yaşadığı evin yaxınlığında yerləşən meşəlik ərazidə özünü asaraq intihar edib.

Qeyd edək ki, mərhum Vətən müharibəsinin iştirakçısı olub və yenicə ailə həyatı qurmuşdu.

Yardımlı rayon Polis Şöbəsindən Unikal.org-a faktı təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu