Martda 14 gün iş olmayacaq


Mart ayında 14 gün qeyri-iş günü olacaq.



AFN bildirir ki, ayın ilk bayramı 8 Mart - Beynəlxalq Qadınlar Gününə düşür.

Həmçinin Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, martın 20 və 21-i istirahət günlərinə düşdüyündən 25 və 26-sı da bayram günü hesab olunur. Martın 27-si və 28-i isə həftəsonuna təsadüf edir.

Beləliklə, mart ayında ümumilikdə 14 gün qeyri-iş günü olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu