İsrailli həkimlər Vətən müharibəsi qazisini protez gözlə təmin edib


Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gələn israilli həkimlər artıq işlərinə start veriblər.

AFN İsrailin Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, 44 günlük müharibədə bir gözünü itirmiş və üzü deformasiya olmuş qazi Nuralı Abdullayevə tibbi yardım göstərilib.

Belə ki, Vətən müharibəsi qazisi İsraildən gətirilən protez gözlə təmin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu