Rusiyalı deputat sərsəmlədi: “Sülhməramlılar Qarabağa həmişəlik gəliblər”


Rusiya Dövlət Dumasının deputatı, ermənipərəst siyasətçi Konstantin Zatulin qalmaqallı açıqlama verib.



Veteninfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, videokörpü vasitəsilə keçirilən tədbir zamanı sülhməramlıların Qarabağa daimi əsasda gəldiyini söyləyib.

"Rusiya Dağlıq Qarabağa rəsmi olaraq 5 illik gəlsə də, düşünürəm ki, onlar həmişəlik gəliblər. Mən onu da düşünürəm ki, situasiya hazırda inkişaf etdiyi kimi qalsa, müyyən müddət sonra Zəngəzurdakı Rusiya qüvvələrinin gücləndirilməsi baş verəcək. İnsanların Qarabağdan qaçmaması üçün vəziyyət bunu tələb edir. Ermənilərin öz tarixi torpaqlarında yaşaması bizim üçün vacibdir”- deyə Zatulin əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu