Türkiyə Vətən müharibəsi qazilərini protezlə təmin etməyə başlayıb


Türkiyə Vətən müharibəsində yaralanan qaziləri ortopedik cihazlarla təmin etməyə başlayıb.


AFN xəbər verir ki, qazilərin protez ölçmələri Beynəlxalq Həkimlər İttifaqı (AID) tərəfindən skaner vasitəsilə aparılıb.

Belə ki, 3D skanerlə aparılan ölçmələr sayəsində xəstələr üçün protezlər istehsal edilib. Türkiyəyə gətirilən ilk protez aeroportda qazilərə təqdim edilib.

Qazilərin lazımi fiziki müalicə və reabilitasiya prosesləri İstanbulda həyata keçirildikdən sonra Vətənə qayıtmaları təmin ediləcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu