Dini konfessiya rəhbərləri Ağdamda Qarabağ xanlarının abidələrini ziyarət edib


Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri işğaldan azad edilən Ağdam şəhərində səfərdədirlər.


"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər iştirakçıları Qarabağ xanlarının abidələr kompleksini və İmarət qəbiristanlığını ziyarət ediblər.

Onlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar.

Daha sonra səfər iştirakçıları Ağdam məscidinə yola düşüblər. Din xadimləri məsciddə namaz qılacaqlar.

Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, dini konfessiya rəhbərlərinin nümayəndələri və digər din xadimləri iştirak edir.

Səfər davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu