İsrailin Suriyaya hücumları dayandırdığı bildirilir


İsrail Suriyanın hərbi obyektlərinə qarşı həyata keçirdiyi hücumları 15 iyul tarixindən etibarən dayandıracaq.



AFN.az xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri “X” platformasında məlumat yayıb. O bildirir ki, bu addım ABŞ prezidenti Donald Trampın rəsmi xahişindən sonra atılıb.



Məlumata görə, Suriya hökuməti əvvəlcədən İsraili Es-Suveydə bölgəsinə tankların göndəriləcəyi barədə məlumatlandırıb. Bildirilib ki, bu addım bölgədəki druz milisləri ilə bədəvilər arasında baş verən toqquşmalar zamanı sabitliyi bərpa etmək məqsədi daşıyır.



Qeyd edək ki, bundan əvvəl İsrail hakimiyyəti Suriyada yaşayan druz icmasının təhlükəsizliyi təmin olunmadığı təqdirdə, müdaxilə etməyə hazır olduqlarını bəyan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu