ABŞ Ukrayna üzrə hərbi cinayət bölməsini ləğv edib

ABŞ Dövlət Departamentinin Ukraynada iddia olunan hərbi cinayətləri araşdıran xüsusi bölməsi artıq müstəqil struktur kimi fəaliyyət göstərmir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə birinci müavini Maykl Riqas Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı məlumat verib.
“Düşünürəm ki, həmin bölmə başqa bir strukturla birləşdirilib. Onun funksiyalarını bundan sonra regional büro və xarici missiyaların əməkdaşları yerinə yetirəcək”, – deyə Riqas bildirib. O, konkret olaraq hansı strukturların bu işlə məşğul olacağını açıqlamayıb.
Dövlət Departamentinin mətbuat xidməti isə bu dəyişikliklərlə bağlı medianın sorğusuna cavab verməyib.