ABŞ: Çinin həddindən artıq reaksiya verməsi lazım deyil


Tayvan lideri Tsay İnq-venin ABŞ-a qeyri-rəsmi səfəri sadəcə olaraq tranzit səfərdir və Çinin həddindən artıq reaksiya göstərməsinə ehtiyac yoxdur.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.

Qeyd edək ki, Tayvan lideri Tsayın Mərkəzi Amerika ölkələrinə səfəri zamanı əvvəlcə ABŞ-ın Nyu-York şəhərində danışıqlar aparması və geri dönərkən Los-Ancelesdə dayanması Vaşinqtonla Pekin arasında gərginliyi daha da artırıb.

Çinin Tsainin ABŞ Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə görüşünə qarşı tədbir görəcəyi ilə bağlı açıqlamasını şərh edən Patel Tayvan liderlərinin bunu daha əvvəl də etdiyini xatırladıb. "Tsain 2016-cı ildən bu yana ABŞ vasitəsilə 6 dəfə bölgə ölkələrinə səfər edib və bu, onun yeddinci səfəri olaca" - deyə o qeyd edib.

Patel Vaşinqtonun ada ilə bağlı status-kvonun qorunması siyasətində heç bir dəyişiklik olmadığını bildirib: "Pekinin bu tranzit səyahətini ABŞ siyasətinə uyğun olaraq fərqli şərh etməsinə və həddindən artıq reaksiya göstərməsinə ehtiyac yoxdur. Daha əvvəl dediyimiz kimi, biz hər hansı tərəfin status-kvonu birtərəfli qaydada dəyişməsinin əleyhinəyik. Biz Tayvanın müstəqilliyini dəstəkləmirik".

Tayvan lideri Tsay İnq-ven 10 günlük xaricə səfər etmək üçün dünən adadan ayrılıb. O, Mərkəzi Amerika ölkələri Qvatemala və Belizdə olacaq, bundan əvvəl və sonra ABŞ-ın Nyu-York və Los-Anceles şəhərlərində danışıqlar aparacaq. Tayvan Xarici İşlər Nazirliyinin məlumatına görə, Tsay aprelin 1-3-də Qvatemalaya, 3-5-də isə Belizeyə səfər edəcək.

Tsayın ABŞ-a səfərindən sonra Nyu Yorkda Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə görüşü gözlənilir.

Tayvan liderinin Los-Ancelesdə də çıxış edəcəyi bildirilir.

Çin Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Cu Fınglien, "Tayvan lideri Tsay Makkarti ilə görüşsə, bu, "vahid Çin" prinsipini pozan bir təxribat olacaq. Bu halda qətiyyətli əks tədbirlər görəcəyik" - deyə açıqlama vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu