Çin Tayvan yaxınlığında patrullara başlayıb


Rəsmi Pekin ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə Tayvanın Baş Qərargah rəisi Tsay İnq-ven arasında görüş olacağı təqdirdə tədbir görməyə hazır olduğu barədə xəbərdarlıq edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən görüş barədə xəbərlərdən sonra Çin Tayvan boğazı boyunca patrullara başlayıb. Bu barədə Çinin Fujian Dəniz Təhlükəsizliyi Administrasiyasından bildirilib. "Bu gün Tayvan boğazının mərkəzi və şimal hissələrində xüsusi birgə patrul və təftiş əməliyyatına başlanılıb", - deyə qeyd edilir.

Administrasiyasının "WeChat" mesajında əlavə olaraq patrul qüvvələrinin Tayvan adasının yaxınlığında yerləşdiyini göstərən bir şəkil var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu