KİV: Moskva görüşündə Nikol Paşinyan Rusiyanın etimadını qazanmağa çalışacaq


“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə aprelin 7-də keçirəcəyi görüşdə Kremlin etimadını qazanmağa çalışacaq”.



“Report” xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Hökumət başçısının Moskvaya səfərindən öncə hazırlanan məqalədə vurğulanıb ki, görüşdə N.Paşinyanın istefası ilə bağlı tələblər, Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri, iki ölkə arasında sıx əməkdaşlıq. Qarabağdakı vəziyyət müzakirə olunacaq.

Yazıda bildirilib ki, V.Putinlə görüş seçkilərə daha arxayın getmək üçün N.Paşinyanın qarşısında yeni reallıqlar açır.

Qeyd edək ki, aprelin 7-də N.Paşinyan Moskvaya işgüzar səfər edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu