BŞİH təbiətə 3000 manata yaxın ziyan vurub - ETSN


Nəsimi rayonu Seyid Cəfər Pişəvari küçəsi 27A ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.


Qurumun rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı, iki ağacın kəsildiyi, bir ağacın zədələndiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

"Araşdırma zamanı ərazinin yaşayış binasının tikintisi məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Memar İnşaat-2017” MMC-yə verildiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər aidiyyəti üzrə prokurorluq orqanına göndəriləcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu