İtkin düşən Cəlilabad sakininin qətlə yetirildiyi məlum olub, meyiti Sabirabadda kanalda aşkarlanıb


Aprelin 18-də itkin düşən Cəlilabad rayon sakini Əflatun Abdullayevin qətlə yetirildiyi məlum olub.



"Report" xəbər verir ki, onun meyiti Sabirabad rayonunda kanalda, avtomobili isə Salyan rayonu ərazisində tapılıb.

Məlumata görə, qətlə yetirilən şəxs Cəlilabad rayonu Fərzili kənd sakinidir və sələmə pul verməklə məşğul imiş.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu