Orxan Əsgərovun cənazəsi və səfirlik əməkdaşlarının olduğu təyyarə Azərbaycana gəlib - YENİLƏNİB + FOTO/VİDEO


Şəhid Orxan Əsgərovun cənazəsi və səfirliyin təxliyə olunan əməkdaşlarını gətirən təyyarə Bakıya eniş edib.


APA xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 22:00-da Heydər Əliyev adına beynəlxalq aeraportuna enib.

***

İran səfirliyindən təxliyə edilən səfirliyin əməkdaşları Azərbaycana yola düşürlər.


Oxu.Az xəbər verir ki, Azərbaycan səfirliyinə hücum nəticəsində həlak olan Orxan Əsgərovun cənazəsi də gətirilir.

***

Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.


Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu