İrandakı səfirliyimizə silahlı hücumda həlak olan Orxan Əsgərov şəhid elan edildi


Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid elan edilib.


AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

Nazirlik bəyanatın sonunda “Allah şəhidimizə rəhmət eləsin” ifadəsini işlədib.

Qeyd edək ki, məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu