Türkmənistan vətəndaşlarını Gürcüstandan Azərbaycan vasitəsilə təxliyə edəcək


Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən 50 Türkmənistan vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunacaq.


“Report”un Gürcüstan bürosu xəbər verir ki, təxliyə oktyabr-noyabr aylarına təyin olunub.

Vətəndaşlardan ibarət qrup avtobuslar vasitəsilə Azərbaycandan tranzit keçməklə Türkmənbaşı-Ələt-Türkmənbaşı marşrutu üzrə hərəkət edən gəmi ilə Türkmənistana yola salınacaq.

Vətənə çatan kimi onlar 14 günlük karantinə alınacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu