Şəhid olduğu bilinən əsgərimiz SAĞ ÇIXDI - FOTO


Şəhid hesab olunan əsgərimizdən şad xəbər var.



AFN Sonxeber.az-a istinadən xəbər verir ki, həmin əsgər əslən Laçınlı olan Cümşüdlü Mehman Vüqar oğludur. O, Murovda ermənilərin müşahidə postunu dağıdaraq, Zəngilanda yaralanmasına baxmayaraq, 4 gün ac-susuz döyüşüb.

Onu hamı itkin, şəhid bilirdi. Amma 4 gün sonra məlum olub ki, qəhrəmanımız vuruşa-vuruşa özünü xilas edib və arxada qalan dostlarını axtarıb tapıb. Ermənilər puskuya salsa da, o, puskudan çıxmağı bacarmışdı.

Böyük şücaət göstərən əsgərmiz hazırda sağalmaq üzrədir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu