Laçında itkin düşmüş şəhidimizin 31 il sonra cəsədi tapıldı - FOTO


Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədi 31 ildən sonra tapılıb.



AFN.az-ın demokrat.az-a istinadən verdiyi məlumata görə, Rəhman Həsənovun cəsədi 1992-ci ildə döyüşərək şəhid olduğu Laçının Suarası kəndində aşkarlanıb.

Eksqumasiya edildikdən sonra cəsədin şəhid Həsənov Rəhman Əhliman oğluna aid olduğu müəyyən edilib.

Xatırladaq ki, Həsənov Rəhman Əhliman oğlu 1972-ci ildə Laçın rayonunun Suarası kəndində anadan olub.

1990-cı ildə hərbi xidmətə çağırılıb. Laçında Qayğı qəsəbəsində hərbi xidmətdə olub, qranatamyotçu olub, orada gedən döyüşlərdə iştirak edib.

1992-ci ildə Suarası kəndində Susuz dağında gedən döyüşlərdə 2 erməni postunu partladıb, 10 nəfərdən çox erməni döyüşçüsünü məhv edib.

1992-ci il sentyabr ayının 10-da Suarası kəndində Susuzdağ və Qızartı dağlarında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu