Kəmaləddin Qafarovla Cavanşir Feyziyevin kompromat savaşı: hansı qalib gələcək?


Milli Məclisin deputatı, ölkənin dərman bazarının təxminən 50 faizinə nəzarət edən Kəmaləddin Qafarovun vəziyyəti yaxşı deyil.


AFN.az-a səhiyyə sahəsindəki mənbənin verdiyi məlumata görə, K.Qafarovun dərman bazarında hökmran mövqeyi və diktəedici situasiyaya sahiblənməsi rəhbərliyin diqqətinə çatdırılıb. Bildirilib ki, vətəndaşları ciddi narazı salan dərman bahalığının səbəbkarlarından biri də məhz K.Qafarovdur. Mənbəmiz bu məsələdə son vaxtlar hədəfə gələn digər dərman mafiozu, deputat Cavanşir Feyziyevin rolunun olması haqda da bildirir. Yuxarılara qarşılıqlı kompromat ötürmə savaşında olan deputatların sonda hansının qalib gələcəyini söyləmək çətin olsa da, hazırda K.Qafarova da münasibətin birmənalı olmadığı məlumatda əksini tapıb. Belə ki, ölkə vətəndaşlarının ciddi narazı olduqları məqamlardan ən başlıcası dərman bazarındakı bahalıqdır. İş o yerə çatıb ki, tanınmış dərman firmalarının idarə etdikləri marketinq şəbəkəsi həkimləri faizlə yoldan çıxararaq xəstələrə qiyməti dövlət tərəfindən tənzimlənən dərmanları yox, məhz öz firmalarına məxsus dərmanları yazdırırlar. Bu prosesdə yeni başlayan icbari tibbi sığorta da onların işinə yarayıb desək, yanılmarıq. Səhiyyə ilə sıx bağlılığı olan mənbəmiz bildirir ki, icbari tibbi sığortanın başlaması həkimlərin qazancını xeyli azaldıb: “Qeyri-qanuni ödənişlər ala bilmirlər, əməliyyatlar üçün fantastik qiymətlər oxuya bilmirlər. Belə olanda da çox qazanmağa öyrəşən həkimlər (təəssüf ki, belələri daha çoxdur-red.) firmalarla iş birliyinə vüsət veriblər. Təsəvvür edin, son vaxtlar uşaqlar arasında yayılan qrip virusunun müalicəsi üçün 7-8 manatlıq tabletkalar, öskürək üçün hətta 60-70 qəpiklik siroplar olduğu halda, həkimlər 40-50 manatlıq dərman yazılar körpələrə. Yəni vəziyyət bu qədər acınacaqlıdır. Qrip virusunun ağrılarının yüngülləşməsində yaxşı effekt verən paraşok dərmanları “yoxa çıxarıblar”. Hamısı da bu monopolistlərin işidir. Bütün bunlar haqda artıq yuxarı rəhbərlik məlumatlıdır və ilkin tapşırıqlar verilib. Burada iş medianın üzərinə düşür. Təəssüflər olsun ki, son vaxtlar mediada bu kimi hallar haqda az yazılır, deyilir. Halbuki Prezident İlham Əliyev ölkə mediasını diqqətlə izləyir və bu cür hallar haqda dəqiq məlumatlar gördükdə tədbir görür”.

Mənbəmiz yaxın vaxtlarda K.Qafarovla bağlı da ciddi məlumatların yayımlanacağını istisna etmir: “Cavanşir Feyziyev kimi, ona da təzyiqlərin xaricdən başlayacağı gözləniləndir. Təəssüf ki, bunlar o qədər kök atıblar ki, “iplərini” birdən-birə kəsmək mümkün olmur”.
Qeyd edək ki, K.Qafarov bir müddət öncə səhiyyə naziri təyinatı ilə bağlı gündəmə gəlmişdi. Yerli mətbuatda gedən məlumatlarda bildirilirdi ki, ölkənin dərman bazarında böyük paya sahib olan “AzeriMed” tibb firmasının rəhbəri Kəmaləddin Qafarovun səhiyyə naziri gəlmək istəyib, lakin buna müvəffəq ola bilməyib. Buna səbəb isə onun tibb təhsilinin olmaması göstərilir. Onunla bağlı onlayn məlumat bazasında da qeyd edilir ki, ilk təhsilini Naxçıvan Dövlət Universitetində alıb. 1997-ci ildə buranı meyvə-tərəvəzçilik və üzümçülük ixtisası üzrə bitirib. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib. 2014-cü il sentyabrın 17-də Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsinə təyin olunub.
9 saylı Binəqədi İkinci Seçki dairəsindən 2015-ci ildə V, 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür.

K.Qafarovun təhsilində tibblə əlaqəsi yalnız ondan ibarətdir ki, o, 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini bitirib. Vəssalam! Bundan sonra əczaçılıq sahəsinə, oradan isə yuxarıda qeyd edilən vəzifələrə qədər irəliləyə bilib.
K.Qafarovun rəhbəri olduğu “AzəriMed” dərman şirkəti və direktor müavini olduğu MOM arasında bağlanan 43 milyon manatlıq alqı-satqı müqaviləsini xatırladan media onun bu əsrarəngiz uğurlarının arxasında dayanan məziyyəti axtarır. Amma təəssüf ki, indiyədək bunun izahını verən heç bir arqument səsləndirilməyib. Görünür, MOM-da yaradılan soyğun mexanizmində onun da əməyi az deyil. Müalicəsi dövlət hesabına vətəndaşlar üçün pulsuz olan xərçəng xəstəliyinin bu qurum üçün necə böyük gəlir mənbəyinə çevrildiyini bilmək üçün yolunun bu xəstəxanadan düşməsi lazımdır. Lakin biz insanlarımıza bunu qətiyyən arzulamırıq. Tam əksinə, Allah heç kimin yolunu MOM-dan salmasın deyirik! Həm can sağlığımız, həm cibimiz üçün. Amma “halva-halva” deməklə ağzımız şirin olmur və ötən ilin sonlarına olan rəsmi statistikaya görə, ölkədə qeydiyyatda olan onkoloji xəstələrin sayı 53 min nəfərdir.

Qeyd olunanlarla bağlı K. Qafarovun köməkçisinə sorğu ünvanlasaq da, soruğumuza cavab verilmədi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu