Azərbaycanda qanunsuz balıq ovu ilə bağlı 40 iş məhkəməyə göndərilib


Ötən il balıq və digər su bioresurslarının qanunsuz ovu ilə əlaqədar keçirilən nəzarət tədbirləri nəticəsində 363 ədəd akt və 226 ədəd inzibati xəta haqqında protokol tərtib edilib, 159 100 manat cərimə tətbiq olunub.


AFN.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, təbiətə dəymiş ziyanın məbləği 22570,35 manat müəyyən edilib: "33 iş tədbir görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmiş, 117 iş icra şöbələrinə, 40 iş isə məhkəmələrə göndərilib. Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində və ölkənin daxili su hövzələrində (su anbarları, çaylar, kanallar, kollektorlar və s.) istifadəsi qanunla qadağan edilmiş 4752 metr uzunluğunda 86 ədəd sintetik tor və çoxsaylı balıq ovu alətləri aşkar edilərək yığışdırılıb".

Nazirlik rəsmisi vurğulayıb ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə son həftədə keçirdiyi nəzarət tədbirləri nəticəsində 2020-2022-ci illər ərzində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi tərəfindən birgə aparılmış nəzarət tədbirləri nəticəsində qanun pozucuları barəsində ümumilikdə 1343 ədəd Akt, 715 ədəd inzibati xəta haqqında protokol tərtib olunub, 760 min manat cərimə və təbiətə dəymiş ziyan tətbiq edilib, eyni zamanda 180 min metr uzunluğunda 3100 ədəd sintetik tor su hövzələrindən yığışdırılaraq zərərsizləşdirilib".

Xidmət tərəfindən 2022-ci il ərzində balıq və digər su bioresurslarının qanunsuz ovu ilə əlaqədar keçirilmiş nəzarət tədbirləri nəticəsində 363 ədəd akt və 226 ədəd “İnzibati xəta haqqında Protokol” tərtib edilib, 159100 manat cərimə tətbiq olunub, təbiətə dəymiş ziyanın məbləği 22570,35 manat müəyyən edilib. 33 iş tədbir görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmiş, 117 iş icra şöbələrinə, 40 iş isə məhkəmələrə göndərilmişdir. Reydlər zamanı Xəzər dənizində və ölkənin daxili su hövzələrində 41759 metr uzunluğunda 817 ədəd sintetik tor və qanunsuz ovlanmış 1378 ədəd balıq aşkar edilərək götürülüb.

2021-ci il ərzində balıq və digər su bioresurslarının qanunsuz ovu ilə əlaqədar keçirilmiş nəzarət tədbirləri nəticəsində 338 ədəd akt və 202 ədəd inzibati xəta haqqında protokol tərtib edilib, 148300,00 manat cərimə tətbiq olunub, təbiətə dəymiş ziyanın məbləği 37520,6 manat müəyyən edilib. 75 iş tədbir görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmiş 69 iş icra və probasiya şöbələrinə, 17 iş isə məhkəmələrə göndərilib. Reydlər zamanı Xəzər dənizində və ölkənin daxili su hövzələrində 23 ədəd qayıq, 47334 metr uzunluğunda 982 ədəd sintetik tor, 144 ədəd ventir 190 ədəd səbət və qanunsuz ovlanmış 2461 ədəd balıq aşkar edilərək götürülülüb".

Ötən il ərzində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə 130 şəxs (o cümlədən, 14 nəfər xarici vətəndaş) saxlanılıb, maddi sübut kimi 78 ədəd ov silahı, 769 ədəd patron, qanunsuz ovlanmış 114 baş quş, 6 baş heyvan götürülüb, 172350 manat cərimə tətbiq edilib, 38747 manatın ödənilməsi təmin edilib, 7803,1 manat ziyan tətbiq edilib və 3279,1 manatın ödənilməsi təmin olunub. 7 iş polis orqanlarına göndərilib, 134 iş icra şöbələrinə, 16 iş isə məhkəmələrə göndərilib.

2021-ci il ərzində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə üzrə 170 şəxs (o cümlədən, 37 nəfər xarici vətəndaş) saxlanılmış, maddi sübut kimi 153 ov tüfəngi, 1086 ədəd patron, qanunsuz ovlanmış 155 baş quş, 13 baş heyvan götürülüb, 235 iş üzrə 245950 manat cərimə tətbiq edilib, 87354,9 manatın ödənilməsi təmin edilib, 5658,9 manat ziyan tətbiq edilib və 1938,5 manatın ödənilməsi təmin edilib. 29 iş polis orqanlarına göndərilib, 53 iş icra və probasiya şöbələrinə, 8 iş isə məhkəmələrə göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu