Türkiyə Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyini açıqlayıb


Ankara bəzi ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməyəcək.


AFN.az TASS-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvaya qarşı məhdudiyyətlərlə bağlı ölkənin mövqeyini açıqlayıb.

“Biz NATO-nun beş ən güclü üzvü arasındayıq. Amma biz öz dövlətimizin maraqlarını prioritet tutmalıyıq. Yaxşı, mən Rusiyaya qarşı sanksiyalara qoşulacam. Alanyadan olan tacirlər mallarını Rusiya Federasiyasında necə satacaqlar? Bəli, əgər BMT sanksiyalar tətbiq etsə, mən onlara əməl etməyə məcbur olacağam”, - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, əgər Türkiyə müəyyən ölkələrin ardınca sanksiyalar tətbiq etsə və prinsiplərindən əl çəksə, bu, milli maraqlarından imtina demək olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu