Türkiyədə məşhur serialın çəkiliş prosesi zamanı partlayış: Aktrisa xəstəxanaya yerləşdirildi


Türkiyənin “Aile” serialının çəkiliş prosesi zamanı partlayış baş verib.


Hadisə zamanı aktrisa İpek Çiçek yaralanaraq xəstəxanaya aparılıb. Onun həmkarı Nejat İşlerin saqqalı, digər aktrisa Canan Ergüderin isə saçı yanıb.

Zincirlikuyu qəbiristanlığında çəkiləcək səhnə üçün bomba yüklənmiş avtomobil partladılacaqdı. Aslan (Kıvanç Tatlıtuğ) bombanın qoyulduğu avtomobili görüb ailəsinə xəbərdarlıq etdikdən sonra bombanın yüksək səslə partladılması planlaşdırılırdı. İlk iki təkrarlamada heç bir problem yaşanmasa da, üçüncü çəkiliş zamanı avtomobildə gözlənilmədən böyük partlayış baş verib və küləyin təsiri ilə yanğın güclənib. Çəkiliş qrupundakılar böyük qorxu yaşayıblar.
Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: Sondakika



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu