Mahaçqalada kustar partlayıcı qurğunun hazırlanması zamanı partlayış baş verib
Mahaçqalada əldəqayırma partlayıcı qurğunun istehsalı zamanı partlayış baş verib.
Qeyd olunur ki, hadisə Mirzəyev küçəsində yerləşən yaşayış binasında baş verib. İlkin məlumatlara görə, iki nəfər bomba hazırlamaq üçün selitra və asetondan istifadə edib. Partlayış kimyəvi reaksiya nəticəsində baş verib. Cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları reaktivlər, səs dəyişdiriciləri, mikrosxemlər, batareyalar aşkar ediblər. Partlayış nəticəsində mənzilə ziyan dəysədə, xəsarət alan olmayıb.