İran quraqlıqdan əziyyət çəkən İraqa axan çayı kəsib


İran quraqlıq, ətraf mühit amilləri və su ehtiyatlarından səmərəsiz istifadə səbəbindən quraqlıq və səhralaşma riski ilə üzləşən İraqa axan Kiçik Zap çayında suyun axınını dayandırıb.


İrandan gələn suyun kəsilməsi İraqda Dəclə və Fərat çaylarının suyunun səviyyəsinin vaxtaşırı azalmasına səbəb olur.

İrandan da axan Kiçik Zap İraqın Süleymaniyyə şəhərindən keçərək Kərkük şəhərinə, oradan da İraqın daxili bölgələrinə doğru irəliləyir.

Tehran administrasiyasının yay aylarında heç bir əsas gətirmədən və xəbər vermədən günlərlə su axınını kəsməsi onsuz da ciddi su problemi yaşayan İraqı daha çətin vəziyyətə salır.

Süleymaniyyə vilayətinin Ranya Rayon Su İdarəsinin müdiri Selam Ömər Küçük Zapın suyunun yalnız Kaladize rayonunda 100 min insanın ehtiyacını ödədiyini söyləyib.

"İran çayın suyunu 4 gündür bağlayıb. İyul ayında su yenə kəsilmişdi. Müxtəlif mənbələrdən eşitdik ki, Dokan bəndinin (KRG-nin ən böyük bəndidir) gündəlik su səviyyəsi 7 santimetr azalıb. Buna səbəb İranın suyu kəsməsidir" - deyə o bildirib.

Dokan Anbarının su mənbəyinin Kiçik Zap olduğunu bildirən Ömər qeyd edib ki, bütün Süleymaniyyə şəhərinin su təminatı bu bənddən təmin edildiyi üçün içməli su ilə təchizatda problemlər yaranıb.

"Xüsusilə içməli su ilə bağlı böyük bir problemimiz var. İranın kəsdiyi su səbəbiylə İraqda ilk olaraq Kaladize və Ranya bölgələri, daha sonra isə digər bölgələr zərər çəkib" - deyə Ömər qeyd edib. O, son vaxtlar İranda tikilən bənd səbəbindən bu problemin artmağa başladığını vurğulayıb.

Su qıtlığının daha əvvəl də yaşandığını xatırladan Ömər İranın xüsusən də yay aylarında suyu müxtəlif fasilələrlə kəsdiyini diqqətə çatdırıb.

Su kəsilməsinin nə qədər davam edəcəyi ilə bağlı məlumatlı olmadığını deyən idarə müdiri "İran öz kefinə görə suyu açıb-söndürür. Bu müddət bəzən 2 günə, bəzən isə 10 günə qədər uzanır" - de deyə bildirib.

İranın kəsdiyi su Süleymaniyyə şəhərindəki Dərbəndihan bəndindəki su ehtiyatlarına da mənfi təsir göstərir. Bu səbəbdən də bənddə suyun səviyyəsinin zaman-zaman 70 faizə düşdüyü görülür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu