Zelenski Qərbdən 65 milyard dollar istəyir


Vladimir Zelensky Qərb ölkələrindən Ukraynanın büdcə kəsirini və silah istehsalını ödəmək, həmçinin Ukrayna ordusuna ödənişləri maliyyələşdirmək üçün 65 milyard dollar ayırmağı xahiş edir.

AFN.az xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə danışıb. Zelenskinin sözlərinə görə, büdcə kəsirinin ödənilməsi üçün 40 milyard dollar lazımdır. O, silah istehsalı üçün isə daha 25 milyard dolların gərəkdiyini bildirib. "Raketlər, dronlar, elektron döyüş texnikası, bu sahə 25 milyard dollardır. Bütün bunları bağlasaq, bu, artıq 65 milyard dollardır. Mən bunun üzərində işə başlamışam. Bu, çox çətin mövzudur, amma mən artıq başlamışam", – deyə o qeyd edib.

Eyni zamanda Zelenski Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin maaşları üçün də Qərbdən pul axtardığını açıqlayıb. Baxmayaraq ki, əvvəllər bu xərcləri Kiyev özü ödəyirdi. "Əvvəllər avropalılar hərbçilərimizin maaşına, yalnız silaha görə pul verməkdən imtina edirdilər. Amma belə çıxır ki, bizim hərbçilər hamını qoruyan məhz bu silah ola bilər", – deyə o bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu