“İçərişəhər” stansiyasında yeraltı avtodayanacaq tikiləcək


Bakı metrosunun “İçərişəhər” stansiyasında yeraltı avtomobil dayanacağının tikintisi planlaşdırılır.

AFN.az modern.az-a istinadən xəbər verir ki, artıq dayanacağın layihələndirilməsinə başlanılıb.

Layihələndirmə Türkiyənin “Yüksel Proje” şirkəti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, ötən gün şirkətlə “Bakı Metropoliteni” arasında 35,4 milyon manat dəyərində müqavilə imzalanıb.

Müqavilə çərçivəsində Yaşıl xətt üzrə Y14-Y17 və Bənövşəyi xətt üzrə B5-B8 stansiyaları və bu stansiyalar arasında tunellərin, “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının, “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu