Metroda qatarların hərəkətində gecikmə olub


Metronun "28 May" stansiyasında texniki nasazlıq olub.


Bu barədə AFN.az-a danışan Bakı Metrosunun Məbtuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, stansiyada texniki nasazlıq səbəbi ilə yoldəyişdirici qurğular əl ilə idarə olunduğundan qatarların hərəkətində müəyyən yubanmalar müşahidə olunur: "Hal hazırda qırmızı və yaşıl xətt üzrə hərəkət edən qatarlar arasında intervaldan əlavə olaraq 12 dəqiqəlik yubanma var. Hazırda problemin həlli istiqamətində tədbirlər görülür".
Qeyd edək ki, bu səbəbdən hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu