Metroda nasazlıq, sərnişinlər qatardan düşürüldü


Bakı metrosunda qatarın hərəkətində problem yaranıb.


Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib. O qeyd edib ki, hadisə "Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarda baş verib.


"Nəticədə qatara texniki baxış keçirilməsi üçün zərurət yaranıb. "Nəriman Nərimanov" stansiyasında sərnişinlər düşürülüb və qatar ən yaxın baxış məntəqəsi kimi, depoya göndərilib. Əvəzinə xəttə yeni qatar verilib. Bir dəqiqəlik yubanma olub", - deyə qurum rəsmisi bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu