Metroda problem yaranıb, 10 dəqiqədən çox yubanma olub
![](/uploads/posts/2021-09/1632131169_metroqatar.jpg)
Bakı metrosunda xəttə verilmiş sınaq qatarında nasazlıq yaranıb.
Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, qatarda problem olduğu üçün "Memar Əcəmi" stansiyasında xəttə köməkçi qatar buraxılıb:
Sınaq qatarından sərnişinlər düşürülüb və qatar xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub".