Bakı metrosunda qatarda nasazlıq yaranıb


Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "İçəri şəhər - Həzi Aslanov" xətti ilə hərəkət edən qatarında nasazlıq qeydə alınıb.



Bunu AFN-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, nasazlıq qatar "Gənclik" stansiyasında olarkən yaranıb. Buna görə də qatar depoya verilib və xəttə yeni qatar buraxılıb.

"İntervalı çıxmaq şərti ilə bu, ümumilikdə 7,5 dəqiqə yubanmaya səbəb olub. Hazırda isə intervalla bağlı problem demək olar ki, həll edilib. Müəyyən problemlər "Memar Əcəmi"-"Dərnəgül" xəttində mövcuddur. Onu da həll edirik", - deyə metro rəsmisi qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu