Süni intellektlə bomba hazırlayan şəxs Manhettendə terror planı qurdu

Nyu-Yorkun Long Island bölgəsində yaşayan 55 yaşlı Maykl Qann süni intellektin köməyi ilə yeddi ədəd əl istehsalı bomba hazırlamaqda ittiham olunur. Federal prokurorlar Qannın bu prosesi barıt almaqdan daha asan kimi təsvir etdiyini bildiriblər.
Məhkəmə sənədlərinə görə, Qann bombaları Lonq Aylənddən Nyu-York şəhərinə aparıb. Beş bomba və dörd ov tüfəngi gülləsini Manhettenin SoHo bölgəsindəki bir binanın damında gizlədib. Rəsmilər onun bu güllələri bombalardan biri ilə birləşdirməyi planlaşdırdığını qeyd ediblər.
Qann 27 mart tarixində Prezident Donald Trampın rəsmi X hesabına belə bir mesaj göndərib:
“Cənab @POTUS, hazırda NYC-də düşünürəm ki, kaş etirazlar və üsyanlar üçün Milli Qvardiya gəlməmişdən əvvəl o divar tikilmiş olaydı. Yoxsa siz bura bomba atardınız?”
Təxminən beş həftə sonra Instagram-da “Sabah yoxmuş kimi kim mənimlə oynamağa çıxmaq istəyər?” paylaşımından sonra saxlanılıb.
Sorgu zamanı Qann bomba hazırlamaq üçün onlayn sifariş etdiyi iki fərqli ev tipi kimyəvi maddədən istifadə etdiyini etiraf edib. O, həmçinin 200-dən çox karton boru və 15 metrdən çox fitil alıb. Bombalardan biri təxminən 30 qram partlayıcı maddə ehtiva edir. Bu, qanuni fişənglərdə icazə verilən miqdarın 600 qatı deməkdir.
Rəsmilər Qannın təkbaşına hərəkət etdiyini, heç bir təşkilatla əlaqəsinin olmadığını bildiriblər.
FTB Nyu-York bürosunun rəhbəri Kristofe Raya “Qannın Manhettendə istifadə etmək üçün çox sayda partlayıcı cihaz hazırladığı iddia olunur. Birləşmiş təhlükəsizlik əməliyyatları sayəsində heç bir mülki şəxsə zərər dəymədən saxlanılıb” deyib.
Prokurorluğun məlumatına görə, Qann əvvəlcə dörd bomba hazırlayıb. Onlardan üçünü Uilyamsburq körpüsündən atıb. İkisi çaya düşüb, biri isə qatar relslərinin üstünə düşüb və orada tapılıb.
5 iyun tarixində Qann küçədə çiyin çantası ilə gəzərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O, həmin vaxt bombaları yanğınsöndürmə xidmətinə təhvil verməyə getdiyini deyib.
Hüquqları oxunduqdan sonra Qann bomba hazırlamaq üçün süni intellektdən istifadə etdiyini və hansı kimyəviləri qarışdırmalı olduğunu buradan öyrəndiyini etiraf edib.
ABŞ Nyu-York Cənub Dairəsinin baş prokuroru vəzifəsini icra edən Cey Kleyton “Qann SoHo bölgəsindəki bir damda bomba yerləşdirdi, birini metro relslərinə atdı və çox sayda insanın həyatını riskə atdı” deyib.
Qann hələ məhkəmədə ifadə verməyib, vəkili isə mediaya açıqlama verməkdən imtina edib.