Mixail Qusman TASS-dakı vəzifəsindən azad edildi


Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

AFN.az-ın xəbərinə görə, müvafiq sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

Sərəncamda deyilir:

“Mixail Solomonoviç Qusman “Rusiyanın İnformasiya Teleqraf Agentliyi (İTAR-TASS)” Federal Dövlət Unitar Müəssisəsinin baş direktorunun birinci müavini vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən “Güc formulu” teleserialının müəllifi və aparıcısıdır.

O, həmçinin, Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir (2018).




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu