İran İraqa nəql etdiyi təbii qazın həcmini 10 dəfə azaldıb
![](https://static.report.az/photo/71b5221d-8c0b-38ac-a9f9-525627414f25_850.jpg)
İran İraqa nəql etdiyi təbii qazın həcmini 10 dəfə azaldıb.
“Report” xəbər verir ki, məlumatı İran KİV-i yayıb.
Bildirilib ki, İran İraqa ildə 50 milyon kubmetr təbii qaz nəql edirdi. Bundan sonra onun həcmi 5 mln kubmetrədək azaldılıb. İranın bu addımı atmasına səbəb İraqın İslam Respublikasına təbii qaza görə borcunun 6 milyard ABŞ dolları olması göstərilib.
Qeyd edək ki, İranın energetika naziri Rza Ərdəhanian dekabrın 29-da İraqın paytaxtı Bağdada yola düşüb. O, qonşu dövlətin Baş naziri Mustafa əl-Kazımi ilə görüş keçirəcək.
Xatırladaq ki, tətbiq etdiyi sanksiyaya baxmayaraq, ABŞ İraqa İrandan təbii qaz almağa dəfələrlə icazə verib.