Ərdoğan İraqa gedir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13 ildən sonra İraqa rəsmi səfər edəcək. Ərdoğan Bağdad və Ərbil xəttində yüksək səviyyəli rəsmilərlə görüşəcək. Tarixi səfər zamanı təhlükəsizlik, ticarət əlaqələri və su məsələləri müzakirə olunacaq.



Ərdoğan Bağdada rəsmi səfəri çərçivəsində ilk olaraq İraq prezidenti Əbdüllatif Rəşidlə görüşəcək. Daha sonra o, İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani ilə görüşəcək.

Səfərin ən əhəmiyyətli gündəm maddələrinə terrorla mübarizə, su ehtiyatlarından istifadə, təbii qaz və neftin Türkiyəyə axını daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu