Orban Budapeştə səfəri zamanı Ərdoğana at hədiyyə edib


Macarıstanın baş naziri Viktor Orban Budapeştdə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Aristokrat adlı at hədiyyə edib.


Orban Facebook-da Ərdoğan və atla fotosunu paylaşaraq, "Bir atlı xalqın digər atlı xalqa hədiyyəsi: Mezohegyes damazlığından bir nonius ayğırı olan Aristokrat" - deyə yazıb.

Ərdoğan Macarıstanda rəsmi səfərdədir. Səfər zamanı Ərdoğan Macarıstan prezidenti Katalin Nowak, baş nazir Viktor Orban və Macarıstan hakimiyyətinin digər nümayəndələri ilə görüşəcək, Macarıstan-Türkiyə yüksək səviyyəli strateji əməkdaşlıq şurasının iclasında iştirak edəcək. Türkiyə dövlət başçısını Nazirlər Kabinetinin üzvləri müşayiət edəcək.

Macarıstanın xarici işlər naziri Peter Szijyarto daha əvvəl bildirmişdi ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında Macarıstan və Türkiyə arasında fövqəladə hallarda prioritet strateji tərəfdaşlıq və qarşılıqlı yardımın yaradılması haqqında saziş imzalanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu