BMT-dən Liviyaya 10 milyon dollar yardım
Birləşmiş Millətlər Təşkilatı dağıdıcı daşqınların baş verdiyi Liviyaya təcili yardım fondu üçün 10 milyon dollar ayırdığını açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Katibinin Humanitar Məsələlər və Təcili Yardım Koordinatoru Martin Griffithsin verdiyi yazılı açıqlamada, Liviyanın şərqindəki sel fəlakətinin miqyasının sarsıdıcı və acınacaqlı olduğunu qeyd edib.
Liviyalılara yardım və dəstək vermək üçün mübarizə apardıqlarını ifadə edən Griffiths, axtarış-xilasetmə qrupları, həkimlər və yardım materialları göndərərək cəld hərəkətə keçən Liviyanın qonşularına və digər ölkələrə təşəkkür edib.
BMT-nin sahəyə müdaxiləni dəstəkləmək və qaynaq təmin etmək üçün Liviya səlahiyyətliləri ilə koordinasiyalı güclü bir qrup təyin etdiyini qeyd edən Griffiths, BMT-nin Mərkəzi Fövqəladə Vəziyyət Fondundan (CERF) təcili olaraq 10 milyon dollar ayırdıqlarını və bu işin öhdəsindən gələcəyini bildirib.
Griffiths qeyd edib ki, Liviya üçün bu çətin dövrdə insanlara həyat qurtaran ləvazimatların çatdırılması, ikinci bir sağlamlıq böhranının qarşısının alınması və sürətlə normal vəziyyətə qayıtması bütün digər narahatlıqlardan əvvəl olmalıdır.