Liviyaya 24 ölkədən 59 təyyarə humanitar yardım göndərilib


İndiyədək 24 ölkədən Liviyanın şərqindəki seldən zərər çəkənlərə humanitar yardım çatıb.


Liviya Milli Birlik Hökumətinə (UBH) bağlı "Hökumətimiz" adlı sosial media hesabından verilən açıqlamada ölkəyə 24 ölkədən yardım gəldiyi, ümumilikdə 59 təyyarə və 6 humanitar yardım gəmisinin ölkəyə çatdığı qeyd edilib.

Son olaraq Türk Qızıl Ayparası 150 tondan çox müxtəlif yardım materialları çatdırıldığı bildirilən açıqlamada Səudiyyə Ərəbistanından 90 ton ərzaq və sığınacaq materialı daşıyan 5-ci, Küveytdən isə 10 ton ərzaq və təcili yardım materialı daşıyan 7-ci təyyarənin ölkəyə gəldiyi qeyd edilib.

Liviyaya yardım aparan digər ölkələrlə bağlı məlumat verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu