Liviyaya yardım üçün 17 ölkədən 38 təyyarə gəlib

Liviya Milli Birlik Hökuməti ölkənin şərqindəki şəhərlərdə minlərlə insanın ölümünə və itkisinə səbəb olan seldən zərər çəkənlər üçün 17 ölkədən 38 yardım təyyarəsinin gəldiyini açıqlayıb.
Yardımın hansı ölkələrdən gəldiyi ilə bağlı təfərrüatlı məlumat paylaşılmayan açıqlamada Türkiyədən yola düşən gəminin bu gün ölkənin şərqindəki Tobruk limanına çatmasının gözlənildiyi qeyd edilib.