Liviyada seldən zərər çəkmiş bölgələrdə infrastrukturun 70 faizi zədələnib


Liviya Milli Birlik Hökuməti (UBH) ölkənin şərqində seldən zərər çəkmiş bölgələrdə infrastrukturun 70 faizinin və təhsil müəssisələrinin 95 faizinin zədələndiyini açıqlayıb.


Milli Birlik Hökuməti yanında Nəqliyyat Nazirliyinin Yollar və Körpülər İdarəsinin Fövqəladə Hallar Xidmətinin rəhbəri Hüseyn Süveydanın Facebook sosial şəbəkəsində “Hökumətimiz” adlı səhifəsində açıqlama dərc olunub.

Ölkənin şərqində seldən zərər çəkmiş bölgələrdə infrastrukturun 70 faizinin zədələndiyini bildirən Süveydan, Dərnədə 6, şərqdə isə 5 şəhərdə olmaqla 11 körpünün dağıldığını bildirib.

Süveydan şərqdəki şəhər və kəndlərdə yeraltı su borularının 80 faizinin dağıldığını, yolların isə 50 faizinin xarab olduğunu qeyd edib.

Süveydan bildirib ki, Yollar və Körpülər İdarəsi ölkənin şərqində seldən təsirlənən bütün bölgələrdə alternativ yolların açılması üçün bütün işləri başa çatdırıb.

UBH Təhsil Naziri Musa Muqarif paytaxt Tripolidə keçirdiyi mətbuat konfransında seldən zərər çəkmiş bölgələrdəki təhsil müəssisələrinin 95 faizinin zərər gördüyünü bildirib.

Məktəblərin bazar günü (24 sentyabr) günündən etibarən açılacağını qeyd edən Muqarif, daşqın bölgəsindən olan şagirdlərin Benqazidəki 17 məktəbdə təhsillərini davam etdirəcəklərini bildirdi.

Mətbuat konfransında çıxış edən Təhsil Müəssisələri Direktoru Əli əl-Küveyrih 15 rayonda ümumilikdə 114 məktəbin sel nəticəsində zərər gördüyünü bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu