Liviyanın şərqində sağlamlıq vəziyyəti “fəlakətlidir”
Liviya Milli Birlik Hökumətinin rəsmisi ölkənin şərqində "Daniel" fırtınasının yaratdığı daşqınlar nəticəsində zərər görən şəhərlərdəki sağlamlıq vəziyyətini "fəlakətli" adlandırıb.
Liviya Səhiyyə Nazirliyinin rəsmisi seldən zərər çəkmiş şəhərlərdəki vəziyyətlə bağlı məlumat verib.
Səlahiyyətli başda Derne olmaqla seldən zərər görən şəhərlərdəki sağlamlıq vəziyyətini "fəlakətli" olaraq xarakterizə edərək, minlərlə insanın həyatını itirdiyinə diqqət çəkib. Səhiyyə Nazirliyi rəsmisi Dərnədəki xəstəxananın yararsız olduğunu, yaralı və ölənlərin səhra xəstəxanalarına aparıldığını bildirib.
Nazirliyin bölgəyə təcili tibbi yardım ləvazimatları və tibbi qruplar daşıyan bir təyyarə göndərdiyini və tibbi qruplarla konvoyun ölkənin şərqindəki Benqazi şəhərinə çatdığını qeyd edən səlahiyyətli, materialların səhra xəstəxanalarına paylanması prosesinin davam etdiyini söyləyib.